Azərbaycanın hüquq-mühafisə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilən qondarma “dqr”in “müdafiə ordusu komandanının birinci müavini” Davit Manukyan iki gün əvvəl ailəsilə telefon vasitəsilə əlaqə saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni deputat Geqam Manukyan məlumat verib.
Onun sözlərinə görə, “artsax”ın keçmiş rəhbərləri və “general” Levon Mnatsakanyan da ailələri ilə əlaqə saxlayıblar.