Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Bakıxanov dəmir yolu stansiyası dayanacağı yaxınlığında yeni metro stansiyasının inşası və metronun “Gənclik” stansiyası yaxınlığında park salınacağı barədə məlumat yayılıb.
AzerTimes xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən hər iki hadisə ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazilərdə heç bir tikinti işi aparılmır.
Ümumiyyətlə, bu barədə BŞİH-də məlumat yoxdur.