Bakıda şagirdlərə şəhid ehsanı adı ilə narkotik paylanılır

Bakıda şagirdlərə şəhid ehsanı adı ilə narkotik paylanılır

Sosial şəbəkələrdə Xətai rayonu 95 nömrəli məktəbdə şagirdlərə konfet adı ilə narkotik maddə paylanılması haqqında məlumat paylaşılıb.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, məlumatı paylaşan valideyn iddia edib ki, dərsdən çıxan şagirdlərə məktəbin qarşısındakı naməlum şəxs konfet paylayıb. Uşaq götürmək istəmədikdə isə o, “şəhid üçün verilən ehsandır, əgər götürməsən şəhidin ruhu səndən inciyər” deyib. Şagird konfeti evə gətirərək anasına verib. Konfeti açanda məlum olub ki, onun içərisindəki narkotik maddədir.

Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Teqlər: