2023-cü ilin mart ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 67.4 faiz azalıb.
AzerTimes xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin yaydığı məlumata əsasən, bunun əsas səbəbi mart ayının 22-dən etibarən Ramazan ayının başlaması və bayram günlərinin sayının çox olması ilə bağlıdır.
Bununla yanaşı şadlıq saraylarında mart ayında qiymətlər 8.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət artımı daha çox olub: 11.4 faiz.
Qiyməti 40-80 manat olan menyuların qiyməti 7.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6.3 faiz artım qeydə alınıb.