Bakıda şadlıq saraylarında qiymətlər orta hesabla 6 faiz
bahalaşıb.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq İqtisadi və Sosial
İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəzin aprel və mayın
ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə
şadlıq saraylarında sifarişlərin sayı 72.0 % azalıb. Bu, Ramazan
ayında və daha sonra may ayında toyların sayının kəskin azalması
ilə əlaqələndirilir.
Eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə
monitorinq aparılıb. CESD-nin montironqinə görə, aprel və mayın
birinci yarısında toy və şənliklərin sayının azalmasına baxmayaraq
menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan
menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı
menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən
menyularda isə artım 8 faiz olub.
Eyni zamanda, monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması
müşahidə edilib. Belə ki, ötən müddətdə personalın sayında müşahidə
edilən azalma xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb
olub.