Bakıda restoranda işləyən 21 yaşlı oğlan qətlə yetirildi

Bakıda restoranda işləyən 21 yaşlı oğlan qətlə yetirildi

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Aslan oğlu Ömərovun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Rüfət Əsgər oğlu Əkbərli ilə şəxsi münasibətlər zəminində baş verib.

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: