Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adgözəlovu vurub qaçan şəxslər saxlanılıblar.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Vurğulanıb ki, avqustun 25-də axşam saatlarında E.Adgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.
Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.