Bakıda rast gəlmədiyimiz tıxaclar yaranacaq – Xəbərdarlıq

Bakıda rast gəlmədiyimiz tıxaclar yaranacaq – Xəbərdarlıq

Bu il dərslər başladıqdan (cəmi bir həftədən) sonra paytaxt Bakının küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik.

AzerTimes xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb.

Ekspertin sözlərinə görə, paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişin daşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır:

“Belə davam etsə, dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil”.

Ə.Hüseynov onu da qeyd edib ki, taksi aqreqatorları “hər kəsi ucuz qiymətə biz daşıyacağıq” devizini açıq səsləndirirlər:

“İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb”.

Teqlər: