Xəbər - Samir Əli – Trend:
Bakıda 4 yaşlı qızı öldürüb 10 metr dərinliyində quyuya atan şəxs saxlanılıb.
Baş Prokurorluqdan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.
Xatırladaq ki, Bakıda 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin itkin düşməsi barədə polisə məlumat daxil olub. Aparılan axtarışlar nəticəsində azyaşlının meyiti quyudan tapılıb.