Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhərinin Nərimanov rayonunda “Daewoo” markalı minik
avtomobilinin yol kənarındakı dirəyə çırpılması və xilasedici
köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri
müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü
deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti
üzrə təhvil veriblər.