Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Abdulvahab Salamzadə küçəsi – Qələbə dairəsindən gələndə, Ziya Bünyadov prospekti istiqamətində, Tiflis prospekti ilə kəsişmədə, körpünün üstündə yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Baş verən qəza səbəbindən Qələbə dairəsində sıxlıq müşahidə olunur.