Bakının Xətai rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Tağıyeva Zəhra Fuad qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.