Oktyabrın 13-də saat 12:30 radələrində Bakı şəhərinin Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Elməddin Ədilxan oğlu Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Nəsimi Sətdar oğlu Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində olub.
Araşdırma aparılır.