Bakıda qazıntı işləri aparılarkən torbaya bükülmüş qadın meyitinin qalıqları aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Belə ki, dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq qaydada nümunalər götürülərək ekspertizaya təqdim edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.