Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Hüseybəliyev 18 il azadlıqdan məhrum edilib.
Qətl hadisəsi ötən il avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.
1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq öldürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.