Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.