Xəbər - Samir Əli – Trend:
Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən ötən gün keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.
Bu barədə AzerTimes-a məlumat verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, reydlər davam etdirilir.
“Reydlər zamanı özlərini qanunsuz parklanma nəzarətçisi kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və cərimə edilib. Yol polisi tərəfindən reydlər davam etdirilir”,- deyə A.Əsgərli bildirib.