Bakıda qanunsuz parklanmanın qarşısı alındı

Bakıda qanunsuz parklanmanın qarşısı alındı

Nəsimi rayonu ərazisində, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yolun hərəkət hissəsində avtomobillərin parklanması üçün yer zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Bildirilib ki, həmin şəxslə müvafiq profilaktiki və izahedici söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıb.

Teqlər: