Xəbər - Çingiz Səfərli – Trend:
16 iyul tarixində Xətai rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Bu barədə AzerTimes-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 56 küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Səxavət oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi 10 küçəsində yerləşən, fiziki şəxs Qubadov Səid Yaşar oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsində yerləşən, fiziki şəxs İmanov Vüsal Aqil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov 28 ünvanında yerləşən, fiziki şəxs Qasımov Qulu Əliş oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən, fiziki şəxs İsaqzadə Nicat Şaiq oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsində yerləşən, fiziki şəxs İmanov Vüsal Aqil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən, fiziki şəxs Səfərov Amil Fazil oğluna məxsus heyvan kəsimi məntəqəsi.