Bakıda qadınlar arasında batut üzərində sinxron hərəkətlərdə finalçılar məlum olub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaş qrupu qadınlar arasında batut üzərində sinxron hərəkətlərdə finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Yelizavetna Nikolayeva və Darya Morozova (Rusiya), Leyla Əliyeva və Anna Muzıka (Belarus), Aqata Byankoliki və Letisiya Radaelli (İtaliya), Yuri Tienobu və Yuki Masutani (Yaponiya), Qreta Sofiya Steynbrenner və Aleksandra Melniçuk (Almaniya), Kristal Stankova və Maqdalina Kiseva (Bolqarıstan), Nino Koridze və Mariami Sulaşvili (Gürcüstan), Adelina Angelova və Radost Peyeva (Bolqarıstan) vəsiqə qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: