Xəbər - Samir Əli – Trend:
Bakıda qadını şantaj edən şəxs yaxalanıb.
AzerTimes-ın məlumatına görə, Xəzər RPİ-yə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart – aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.