Bakıda qadın avtomobilin şüşələrini sındırıb.
AzerTimes xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev gecə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olduğunu bildirib.
Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.
Araşdırmalarla məlum olub ki, 40 yaşlı qadın 4 il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan “Mersedes” markalı avtomobilin ön və yan şüşəsini küt alətlə sındıraraq ehtiyat hissələrini yararsız hala salıb.
Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.