Bakıda qadın ov tüfəngi ilə güllələndi: cinayət işi açıldı

Bakıda qadın ov tüfəngi ilə güllələndi: cinayət işi açıldı

Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Teqlər: