Bakının mərkəzində mənzildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Səbail
RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki
mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən
Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.