Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub.
AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, gün ərzində yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb.
Nəticədə ərazidə böyük gölməçə meydana gəlib.
Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadının küçəyə çıxarkən ürəyi tutub və o, gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.