Bakıda qadın əşyalarını eyvandan küçəyə atdı – Video

Bakıda qadın əşyalarını eyvandan küçəyə atdı – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılıb və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Nazilə Tahir qızı Bədirova hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.

Teqlər: