Xəbər - Samir Əli – Trend:
Bakıda qadın evindən 17 mina manat oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən
xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə
fevralın 28-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərin birindən
17.000 manat pul və mobil telefonun oğurlanması barədə məlumat
daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluğun ev sahibinin arvadı tərəfindən törədilməsi
müəyyən edilib və o, saxlanılıb.
Araşdırma aparılır.