15:06
Daxili İşlər Nazirliyi Bakının Binəqədi rayonunda qızım qaçırılması ilə bağlı yayılan videoya münasibət bildirib.
AzerTimes xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Trend-ə açıqlamasında görüntülərin araşdırıldığını deyib.
Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.
Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.
Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Xatırladaq ki, “Unikal.az” saytında yayılan görüntülərdə qadının zora bir neçə nəfər tərəfindən qaçırıldığı əks olunub.