Bakıda “pub”da kütləvi dava – DİN-dən açıqlama

Bakıda “pub”da kütləvi dava – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyini gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da baş verən kütləvi dava ilə bağlı açıqlama verib.

AzerTimes xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.az-a açıqlamasındahadisə ilə bağlı saxlanılan şəxslərin ərazi üzrə polis bölməsinə aparıldığını bildirib.

“Araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı toplanan materiallara hüquqi qiymətin verilməsi üçün iş məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, hadisə zamanı hər üç şəxs sərxoş olub və dalaşıblar. Əraziyə polis cəlb edilib. Bu zaman onlar polisə müqavimət göstəriblər.

Teqlər: