Bakının mərkəzində “Toyota Prius” markalı avtomobil yol kənarında parklanmış nəqliyat vasitəsinin üzərinə çıxıb.
AzerTimes xəbər verir ki, hadisə Azərbaycan prospektində baş verib.
Qəza nəticəsində “Prius”un sürücüsü yüngül xəsarət alıb.
Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.