Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən şəxs
zərərsizləşdirilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin
rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, axtarılan Aydın Babayevin Səbail rayonu
ərazisində gizləndiyi yer müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı o
silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən
cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs
zərəsizləşdirilib.
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək
götürülüb.
Qeyd edək ki, Aydın Babayev ötən gün tanışı Məlahət Şükürovanı
bıçaqlayıb.
Hadisə yerinə gələn Çevik Polis Alayının hər iki əməkdaşına
bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə
yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.