Bakıda polis rəisi kabinetində dünyasını dəyişib.
Trend-in
məlumatına görə, hadisə Xətai Rayon Polis İdarəsinin inzibati
binasında baş verib.
Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi,
polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında iş vaxtı
halı qəfil pisləşib.
Hadisə yerinə həkim briqadası çağırılsa da, şöbə rəisinin
həyatını xilas etmək mümkün olmayıb.
Polkovnik-leytenant otağında ürək tutmasından vəfat edib.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.