Bakıda polis özünü və nişanlısını öldürüb.
Daxili İşlər Nazirliyinin bölmə rəisi Zeyni Hüseynov AzerTimes-ın
sorğusuna cavab olaraq bildirib ki, bu gün günorta saatlarında
paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər
RPİ-nin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay
Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.