Bakıda polis bölməsinə gətirilən narkotik aludəçisi intihara cəhd etdi

Bakıda polis bölməsində intihara cəhd olub.

AzerTimes-ın məlumatına görə, hadisə Sabunçu Rayon Polis İdarəsinin
15-ci Polis Bölməsində qeydə alınıb.

Sabunçu rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq
polis bölməsinə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz
Elbrus oğlu özünü bölmənin ikinci mərtəbəsindən yerə atıb.
T.Abbasov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik
Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mtbuat xidmətinin şöbə rəisi, polis
mayoru Elşad Hacıyev AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki,
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət
yetirən şəxs narkotik aludəçisidir, narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinir.

“O qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq
xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”,- E.Hacıyev
deyib.

Reklamınızı SmartBee ilə effektiv edin.1994-cü il
təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis
bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü
pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə
bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər
xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Teqlər: