Xəbər - Samir Əli – Trend:
Bakıda şirkət qarət edilib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən “Limak” MMC-nin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.