Bakıda piyadanı vurub öldürən Vətən müharibəsi qazisinə hökm oxundu

Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən Vətən
müharibəsi iştirakçısına hökm oxunub.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən Süleyman Cəfərli ilə bağlı
məhkəmənin hökmü elan edilib.

Məhkəmənin hökmü ilə Süleyman Cəfərli 5 il müddətinə azadlıqdan
məhrum edilib.

Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilərək
cəzanı şərti hesab edib.

İttihama görə, Cəfərli Süleyman Yusif oğlu idarə etdiyi
“Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək yolun
kənarında dayanan 1998-ci il təvəllüdlü Əlirza Babazadəni vurub.
Hadisə nəticəsində ağır xəsarət alan A.Babazadə xəstəxanaya
yerləşdirilib.

A.Babazadə aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Qeyd edək ki, sürücü S.Cəfərli Vətən müharibəsi qazisidir, sol
ayağından xəsarət alıb və 3-cü qrup əlildir. S. Cəfərli Füzulinin
və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib

Teqlər: