Xəbər - Çingiz Səfərli – Trend:
Bakı şəhərində piyada yolunun ortasına qoyulan işıq dirəyi gediş-gəlişə mane olur.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, sözügedən işıq dirəyi paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində, Zərgərpalan küçəsi ilə kəsişməyə yaxın yerdə quraşdırılıb.
İstifadəçilər həm piyada yolunun darlığına, həm də mövcud yolun bir az da keçilməz olduğuna görə narazılıq ediblər.
Səbail rayon İcra Hakimiyyətindən AzerTimes-a bildirilib ki, məsələ nəzarətə götürülüb. Müvafiq tədbir görüləcək.