Bakıda partlayış baş verən binadakı yanğın məhdudlaşdırılıb – RƏSMİ

Xəbər - Samir Əli – Trend:

Bakıda yanğınla nəticələnən partlayış baş verən mənzilin söndürülməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AzerTimes-a bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Baş Yanğın Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib: “Artıq binada yanğın məhdudlaşdırılıb. Bina sakinləri ərazidən təxliyyə edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək”.

Xatırladaq ki, paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 23 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.

Teqlər: