Bakıda pandemiya dövründə kommersiya obyektlərinin qiyməti bahalaşıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda pandemiya dövründə kommersiya obyektlərinin həm satış, həm də kirayə qiymətlərində bahalaşma qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov AzerTimes-a deyib ki, avqust ayı ərzində Bakıda kommersiya obyektlərinin 1 kvadrat metrinin orta qiyməti 3293 manatdan 3298 manata qalxıb. Onun sözlərinə görə, ay ərzində artım 0.15 faiz, il ərzində isə 11.57 faiz təşkil edib.

Ekspert bildirib ki, kommersiya obyektlərinin icarəsi bazarında da qiymətlər cüzi də olsa bahalaşıb. Onun sözlərinə görə, 1 kvadrat metrin icarə qiyməti 18 manatdan 18,05 manata qalxıb ki, bu da ay ərzində 0,17 faiz artım deməkdir. İl ərzində isə kommersiya obyektlərinin icarə qiyməti 14,2 faiz təşkil edib.

Twitter: @ElchinMehdiyev

Teqlər: