Bakıda özünü qazi kimi təqdim edib dilənən şəxs həbs edildi

Bakıda özünü qazi kimi təqdim edərək hərbi geyimdə dilənçilik
edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

AzerTimes-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi tərəfindən
saxlanılan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə
göndərilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati
qaydada 30 sutka həbs edilib.

Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat zamanı, əvvəllər 3 dəfə Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş 1996-cı il
təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov saxlanılıb.

Məlum olub ki, Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə
etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik
fəaliyyəti ilə məşğul olub.

Teqlər: