Bakıda özünü dənizə atan şəxs xilas edilib

Bakının Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihar etməyə cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər: