Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Mediacare” klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.