Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb.
AzerTimes Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.
O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun “Kəpəz” hospitalında əməliyyat olunduğunu və əməliyyatdan sonra evə buraxılan uşağın vəfat etdiyini bildirib.
Ata şikayətində əməliyyatı Könül doktorun etdiyini qeyd edib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.