Xəbər - Elçin Mehdiyev – Trend:
Bakıda sentyabr ayında təkrar mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 2,19 faiz, ötən illə müqayisədə isə 4,17 faiz ucuzlaşıb.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, ötən ay ərzində təkrar mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 610 manat təşkil edib.
Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 1 334 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 3 040 manat təşkil edib.
N.İbrahimov bildirib ki, ucuzlaşmanın səbəbi struktur dəyişikliyidir, yəni ötən ay bazara ucuz evlər daxil olub.