Bakıda ötən ay kommersiya obyektlərinin qiyməti bahalaşıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda ötən ay kommersiya obyektlərinin qiyməti 2,34 faiz bahalaşıb.

Bu barədə AzerTimes-a “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ticarət obyektlərinin qiymətində 28,44 faiz bahalaşma qeydə alnıb. Oktyabr ayında ticarət obyektlərinin bir kvadrat metrinin orta qiyməti 5 908 manat təşkil edib.

Ötən ay ticarət obyektlərinin icarə qiyməti də bahalaşıb. Belə ki, oktyabr ayında bu cür obyektlərin icarə qiymətində 5,17 faiz bahalaşma müşahidə edilib. Bir obyetkin orta icarə qiyməti 3154 manat təşkil edib.

Teqlər: