Xəbər - Elçin Mehdiyev – Trend:
Bakıda orta məktəblərdə I-IX siniflərdə hibrid formada tədris aparılır. Ümumilikdə distant dərs zamanı şagirdlərin davamiyyətini qənaətbəxş hesab etmək olar.
Bunu AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.
B.Məmmədov bildirib ki, ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub.
O qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 olmaqla əyani tədris təmin olunur. X-XI siniflərdə isə tədris distant formada davam edir.