Bakıda orta məktəblərin birinin ərazisində şagirdlərə narkotik maddənin satılması iddia edilib.
AzerTimes xəbər verir ki, bu barədə Xəbər - vs görüntü yayıb.
İddiaya görə, bir neçə məktəbliyə naməlum şəxs tərəfindən “patı” satılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:
“İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək”.