Xəbər - Samir Əli – Trend:
Bakıda orta məktəb şagirdləri arasında baş verən dava ilə bağlı
polis araşdırmalara başlayıb.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Daxili İşlər
Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, faktla bağlı araşdırma aparılır, nəticə
barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, hadisə fevralın 14-də Bakının Xətai rayonu,
Əhmədli qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən
116 saylı orta məktəbin şagirdləri arasında dava barədə sosial
şəbəkələrdə video yayılıb.