2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1272,3 manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən AzerTimes-a bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq, 1003,3 manat olub.