Bakıda orta aylıq əmək haqqı artdı

Bakıda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 174,5 manat olub.

Bu barədə AzerTimes-a Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1% artaraq, 916,8 manata çatıb.

Teqlər: